5ci rusiyalı, 65ci legioner

02.12.2024

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Misli premyer-liqasının 15-ci turu daha bir legioner baş məşqçinin debütü ilə əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, Vasili Berezutski “Sabah”da debüt edib. Rusiyalı mütəxəssisin baş məşqçisi olduğu komanda “Səbail”ə 1:0 hesabı ilə qalib gəlib. Berezutski Azərbaycan çempionatları tarixində 65-ci legioner baş məşqçi olub.
Onadək 64 əcnəbi baş məşqçi və ya bu vəzifənin müvəqqəti icraçısı kimi komandasını meydana çıxarıb. Berezutski premyer-liqada 5-ci rusiyalı baş məşqçidi. Ona qədər Sergey Yuran “Simurq”da, Yuri Syomin “Qəbələ”də, Murad Musayev “Sabah”da çalışıbsa, Kurban Berdıyev hazırda “Turan Tovuz”a rəhbərlik edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью