Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu 5G abunəçilərinin sayının 4 ayda 44,5 milyona çatdığını açıqlayıb. Naziri Əbdülkadir Uraloğlu Türkiyədəki 5G abunəçilərinin sayı ilə bağlı yazılı açıqlama verib. 5G-nin Türkiyə daxilində mobil şəbəkələrdə 1 apreldən etibarən istifadəyə verildiyini xatırladan Uraloğlu deyib: “İlk gündən 21 milyon abunəçi bu texnologiya ilə tanış oldu. Bu gün bu rəqəm 44,5 milyona çatdı. Təxminən 4 ay ərzində ölkəmizin əhalisinin yarıdan çoxu 5G ilə tanış oldu, başqa sözlə, hər iki nəfərdən biri 5G abunəçisi oldu”.
Uraloğlu rabitə və informasiya sektorunun bu gün ən strateji sahələrdən biri olduğunu qeyd edib.
5G-nin sadəcə bir texnologiya deyil, Türkiyə iqtisadiyyatını, sənayesini, səhiyyəsini, nəqliyyatını və kənd təsərrüfatını dəyişdirəcək bir dövrün adı olduğunu bildirən Uraloğlu daha sonra bildirib: “4.5G ilə müqayisədə ultra aşağı gecikmə və yüksək cihaz bağlantısı tutumu ilə 5G Türkiyəni rəqəmsal transformasiyanın mərkəzinə gətirəcək. Nəqliyyatda tam muxtar sürücülük və ağıllı yol tətbiqləri yol təhlükəsizliyini artıracaq və nəqliyyat daha səmərəli idarə olunacaq. Sənayedə istehsal prosesləri ağıllı fabriklər, muxtar robotlar və real vaxt məlumat təhlili ilə optimallaşdırılacaq. Ağıllı şəhərlərdə enerji idarəetməsindən tutmuş dayanacaq sistemlərinə qədər hər sahədə innovativ həllər həyata keçəcək”.
M.MİRZƏ
XQ