5G problemi kənd sakinlərini qəzəbləndirdi: Texniki işçini qülləyə bağladılar

13.09.2026

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hindistanda mobil internetin zəif olmasından narazı qalan kənd sakinləri problemi həll etmək üçün əraziyə gələn telekommunikasiya texnikini qülləyə bağlayaraq girov götürüblər.

BAKU.WS xəbər verir ki, hadisə Uttar-Pradeş ştatının Fatehpur bölgəsindəki Hardauli kəndində baş verib. Sakinlər 5G xidmətindəki problemin təxminən iki ildir davam etdiyini bildiriblər.

Polis hadisə yerinə gələrək təxminən iki saat qüllədə saxlanılan texniki işçini xilas edib. Faktla bağlı 6 nəfər saxlanılıb. Onların daha sonra zaminə buraxıldığı bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью