6, 5, 5

01.09.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

Misli Premyer Liqasında III tura yekun vurulub.

Futbolpress.az xəbər verir ki, 6 oyunda qapılara cəmi 5 qol vurub. 4 komandanın qələbə qazandığı turda yalnız minimal hesablı nəticələr qeydə alınıb.

Oyun həftəsində yalnız “Qəbələ” – “Şamaxı” matçında hesab açılmayıb.

“Zirə” və “Kəpəz” evdə, “Qarabağ”, “İmişli” və “Sabah” səfərdə qələbə qazanan kollektivlərdir.

Üç turdan sonra aktivində 9 xal olan “Zirə” liderdir. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv 6 qol vurub, 1-ni buraxıb.

Növbəti üç pillədə isə 6 xalla “Neftçi”, “Qarabağ” və “Sabah” qərarlaşıb. “Ağ-qaralar” 3 oyuna, ötən mövsümün qızıl və gümüş medalçısı isə 2 matça bu xalları toplayıb.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью