6 aptekdə nöqsanlar müəyyən edilib

06.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

2026-cı ilin sentyabr ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 110 aptekdə yoxlama həyata keçirilib.

Bu barədə XQ-yə AEM-dən məlumat verilib.

Bildirilib ki, bu yoxlamalardan 1-i Bakı şəhərində, 109-u isə ölkənin digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb.

"Yoxlamaların 105-i planlı, 5-i plandankənar olmuşdur. Aparılmış yoxlamalar nəticəsində 26 aptekdə müxtəlif nöqsanlar aşkarlanmışdır. Bu hallarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.1 ,452.2, 452.3 və 452.4 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilmişdir",- məlumatda qeyd edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью