6 ayda ölkədə 285 nəfər bu səbəbdən ölüb Statistika

20.08.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 533 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

“Yeni Sabah” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% azdır. Qəzalar nəticəsində 689 nəfər zərər çəkib. Onlardan 285 nəfər həyatını itirib, 404 nəfər isə xəsarət alıb. 

Hadisələrin 44,3%-i gecə saatlarında, 38,6%-i gündüz, 17,1%-i isə toran vaxtı baş verib. Pepperoni pizza

Qeyd edək ki, yol-nəqliyyat hadisələrinin 34,3%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью