Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Yeni yayımlanan hesabata görə, güclü “El Nino” hadisəsi qarşıdakı aylarda qlobal temperaturu artıraraq yüz minlərlə əlavə ölümə səbəb ola bilər.
“Qafqazinfo”nun xəbərinə görə, “Climate Impact Lab”ın modelləşdirməsinə əsasən, 2026-cı ilin sentyabrından 2027-ci ilin fevralınadək dünyada təxminən 451 min istidən ölüm baş verə bilər.
Tədqiqatçılar “El Nino”nun qlobal temperatura təsirinin əvvəlki güclü dövrlərlə müqayisədə daha yüksək ola biləcəyini bildirirlər.
Qeyd olunur ki, 451 min rəqəmi faktiki ölüm sayı deyil. Bu, temperatur, ölüm göstəriciləri və əvvəlki “El Nino” hadisələrinin isti hava ilə ölüm halları arasındakı əlaqə əsasında hesablanan proqnozdur.
Modelə görə, istidən ölüm hallarının əhəmiyyətli hissəsinin tropik və isti bölgələrdə qeydə alınacağı gözlənilir.
Proqnozlara əsasən, Nigeriyada təxminən 31300, İndoneziyada 19300, Sudanda 17400, Hindistanda 15700, Braziliyada isə 13300 əlavə ölüm baş verə bilər. ABŞ-də bu rəqəmin təxminən 3500 olacağı hesablanır.
Tədqiqatçılar yaşlı insanların və isti hava şəraitində işləyənlərin daha yüksək risk altında olduğunu qeyd edirlər.
“El Nino”nun təsirlərinin yalnız temperatur artımı ilə məhdudlaşmayacağı bildirilir. Qlobal hava və dəniz temperaturundakı dəyişikliklər bəzi bölgələrdə quraqlıq və meşə yanğınlarına, digər ərazilərdə isə güclü yağış və daşqınlara səbəb ola bilər.
Bu hadisələrin törədə biləcəyi ölümlər 451 minlik istidən ölüm proqnozuna daxil edilməyib.