“6 aydan bir məşqçi dəyişmək düzgün deyil”

06.12.2024

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan yığmasında baş məşqçi Fernandu Santuşun istefaya göndəriləcəyi ilə bağlı xəbərlər dolaşmaqdadır.

– Ağasəlim müəllim, xəbərlər yayılıb ki, Santuşla yollar ayrılır…
– Bilmirəm, məndə bu haqda məlmat yoxdur. Deyilirsə, yəqin elədir.

– Sizcə, qısa müddətdə məşqçi dəyişikliyi düzgündür?
– Belə deyim, 6 aydan bir məşqçi dəyişmək düzgün deyil. Yenisi də gəlirsə, gərək futbolumuzu bilən olsun…

– Yeni məşqçinin yenə əcnəbi olacağı ehtimalı var…
– Kim olur, fərqi yoxdur. Bizim bu haqda məlumatımız yoxdur. Gələcək adam Azərbaycan futbolunu bilən olmalıdır. Eyni zamanda planları, layihələri də vacibdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью