Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin yanvar–iyun aylarında Azərbaycan xarici ölkələrlə 24 milyard 661 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 1,1 faiz çoxdur.
Xarici ticarət dövriyyəsinin 16 milyard 320 milyon ABŞ dolları ixracın, 8 milyard 341 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 26,7 faiz artıb, idxal isə 27,6 faiz azalıb.
Azərbaycan Ermənistana 6 ayda 17 milyon 128,64 min ABŞ dolları dəyərində mal ixrac edib. Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib.
Yarımillikdə xarici ticarətdə 7 milyard 979 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 5,9 dəfə çoxdur.
XQ