6 aylıq uşaq bunları bacarmalıdır VİDEO

31.05.2025

Medicina saytına istinadən Icma.az xəbər verir.


Körpənin ayına görə inkafı hər bir valideyni maraqlandırır.

Pediatr Günay Rəsulova 6 aylıq uşağın nələr edə biləcəyini paylaşıb.

Medicina.az təqdim edir:

- Yerində fırlanır, dönür.

-Ayaqlarına ağırlıq verir.

-Əllərindən dəstək verəndə ayağa qalxır

-Qarnı üstə uzananda əllərinə dirənərək sinəsini qaldıra bilir

-Əl-ayaqlarını koordinasiyalı şəkildə hərəkət etdirir

-Əlini uzadaraq oyuncağa çata və onu tuta bilir

-Əşyaları bir əldən o biri ələ keçirməyi bacarır

-Dəstəklə otura bilir, bəzən qısa müddət təkbaşına da otura bilər

-Ağızına əşya aparmaq tez-tez rast gəlinir (diş çıxarma prosesinə görə)

-Tanıdığı insanlara gülümsəyir, yadlara qarşı bir az çəkinə bilər

-Ana və ata, yaxın ailə üzvlərini tanıyır və onlara bağlılıq göstərir, yad adamları seçir

-Diqqət istəmə davranışları sərgiləyir (məsələn, ağlama və ya qışqırma,səslənmə kimi)

-Əşyaları müşahidə edir və izləyir

-Əşyaların haradan gəldiyini və hara getdiyini maraqla izləyir

Bu ayda körpəniz bunları bacarırmı, test edə, problem hiss etdiyinizdə mütəxəssisə müraciət edə bilərsiniz.


Daha ətraflı videoda:



Aygün

BakuPost



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью