6 bağça müəlliminin işinə xitam verilib RƏSMİ

27.10.2025

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə ümumilikdə 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, onlardan 16-sı uşaq bağçası, 17-si isə körpələr evi-uşaq bağçasıdır.

Əlavə olaraq qeyd edilib ki, bağçalarda 171 nəfər tərbiyəçi-müəllim çalışır. Onlardan 7 nəfəri 2024-2025-ci tədris ili üzrə təyin olunub.

Regional Təhsil İdarəsindən verilən məlumata görə, qeyd olunan tədris ilində 6 nəfər tərbiyəçi-müəllimin əmək müqaviləsinə xitam verilib. Bildirilib ki, onların əmək müqaviləsi yaş həddinə çatmaları və müqavilə müddətinin bitməsilə əlaqədar dayandırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью