6 dəfə boşanmışam

03.06.2026

Milli.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyəli müğənni və aparıcı Seda Sayan açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qadınların iqtisadi cəhətdən müstəqil olmasının vacibliyindən danışaraq, hər bir qadının öz qazancının olmasının önəmli olduğunu vurğulayıb. O bildirib ki, insanın öz ayaqları üzərində dayanması həm özünəinamını artırır, həm də münasibətlərə fərqli yanaşmasına səbəb olur.

Keçmiş evliliklərinə də toxunan Seda Sayan ayrılıqlarının heç birinin maddi səbəblərlə bağlı olmadığını qeyd edib. Onun sözlərinə görə, münasibətlərdə əsas amil pul deyil, qarşılıqlı anlayış, xarakter və həyat prinsipləridir.

Məşhur ifaçı kişi obrazı ilə bağlı fikirlərini də açıq şəkildə bölüşüb. O, gününü evdə heç bir fəaliyyət göstərmədən keçirən kişiləri qəbul etmədiyini bildirib. Sayanın fikrincə, kişi aktiv həyat sürməli, işləməsə belə, sosial həyatdan uzaq qalmamalıdır.

Sənətçinin səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər onun qadınların maliyyə müstəqilliyi ilə bağlı düşüncələrini dəstəkləsələr də, digərləri kişi və qadın rolları barədə söylədiyi fikirləri birmənalı qarşılamayıblar.

Seda Sayanın açıqlamaları qısa zamanda internetdə gündəm mövzularından birinə çevrilib.

Musa
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью