6 dəfə güllələnmiş jurnalist: “Məhdudluğa senzura deyil, insan ləyaqəti nəzarət etməlidir” ANONS

27.01.2026

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Albaniyanın “Nacional” qəzetinin baş redaktoru, görkəmli alban şairi, jurnalist və tədqiqatçı alim, ədəbiyyatşünaslıq üzrə fəlsəfə doktoru Mujo Bucpapajın 525.az-a müsahibəsindən  

* Nəticə etibarilə, poeziya və jurnalistika sadəcə arabir kəsişən və ya toqquşan iki yaradıcı sahə deyil, müasir cəmiyyətdə məna yaratmağın iki fərqli yoludur.

* İfadə azadlığı məhv etmək icazəsi deyil. Həmişə inanmışam ki, etika olmadan dil azadlığı farsa çevrilir. Məhdudluğa senzura deyil, insan ləyaqəti nəzarət etməlidir.

* Şair özünü peyğəmbər kimi təsəvvür edirsə, bu, romantik gözləntidir. Amma özünü şahid kimi görüb başa düşürsə, onun rolu yenə də əvəzsizdir. 21-ci əsrdə şair kütləni idarə etmir, dilin bayağılaşmasına qarşı çıxır.

* Şair susduqda dünya öz simvolik dərinliyini və estetik cəhətdən cillanmış iztirab dilini itirir. Jurnalist susanda şəffaflıq, vətəndaş azadlığı yox olur. Şəxsi təcrübəmdə görmüşəm ki, zorla tətbiq edilən susqunluq həmişə zorakılığın müttəfiqidir.

* Mən heç vaxt həqiqət baxımından güzəştə getmədim. Bu redaksiya müstəqilliyi və peşəkar dürüstlük ifrat zorakılıqla ödənildi: 1997-ci ilin avqustunda, 1997-ci ilin yazında üsyan nəticəsində yaranan müəyyən dəstələr tərəfindən Tirananın mərkəzində altı dəfə güllələndim. Qorxuya boyun əymədən, geri çəkilmədən jurnalistikaya qayıtmağım media və ədəbiyyatın təkcə peşə deyil, həm də mənəvi missiya olduğunun sübutudur.

* Əgər dil mənim taleyimdirsə, bu taleyin ən ağır yükü təkcə danışıq və ya yazı bacarığı deyil, hər bir sözün dünyaya və zamana buraxdığı təsirdədir.

* Danışmaq, hər səsi ölçmək və dilin ölməz yükünü çiynimdə daşımaq: Bu, mənim taleyimdir. Mən ölkəmdə söz və ifadə azadlığının müdafiəsi üçün gərgin mübarizə aparmışam və bunun üçün hədsiz əvəz ödəmişəm.

* Nəşriyyatçı sadəcə bazar meneceri deyil, standartların mühafizəçisidir.

* Şairlər sadəcə söz yaradıcısı deyillər; onlar sonsuzluğun şahidləri, idrakın memarları və sükutun bələdçiləridir. Oxucu passiv deyil, səyahətçi və həqiqət axtarandır. Ədəbiyyat həyatı sadələşdirmir; mürəkkəbliyini ortaya qoyur və insan ruhunun özünü tanıdığı bir güzgü təqdim edir.

Təranə Turan Rəhimlinin Mujo Bucpapajla söhbətinin tam mətni ilə qarşıdakı saatlarda 525.az-da tanış ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью