6 gün dağıntılar altında qaldı Cəmi 3 yaşı var

01.07.2026

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Venesuelada dağıdıcı zəlzələlərdən altı gün sonra dağıntılar altında qalan üç yaşlı uşaq xilas edilib.

“Qafqazinfo” “Reutersə istinadən xəbər verir ki, Klieber Moran adlı uşaq La Queyradakı yaşayış binasının dağıntıları altından İordaniyadan olan axtarış-xilasetmə qrupu tərəfindən çıxarılıb.

Uşaq xilas edildikdən sonra müalicə üçün Karakasdakı xəstəxanaya aparılıb.

Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigez bildirib ki, uşaq dağıntılar altında altı gün qalıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью