6 hərbçinin ölümünə səbəb olan helikopter daha əvvəl də qəzaya uğrayıbmış

09.12.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə həftənin ilk günü şəhid xəbəri ilə sarsılıb. İspartanın Keçiborlu rayonunda hərbi helikopter qəzaya uğrayıb. 

"Unikal" xəbər verir ki, ümumilikdə 6 hərbçinin həlak olduğu helikopterin daha əvvəl də  qəzaya uğradığı ortaya çıxıb. 

Belə ki, 1956-cı il ABŞ istehsalı olan UH-1 helikopteri 2019-cu il fevralın 12-də İstanbulun Sancaktəpə səmtində qəzaya uğrayıb. Qəsəbəyə düşən helikopterdə olan 4 əsgər şəhid olub.

Bir çox ölkə tərəfindən istifadə edilən və Vyetnam müharibəsinin simvolu olan UH-1-lər axtarış-xilasetmə, nəqliyyat və pilot təhsili missiyalarında istifadə edilmək üçün hazırlanıb.  


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью