6 il sonra yetirməsi olduğu kluba qayıtdı

11.06.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumat verir.

“Arsenal”ın futbolçusu Kiran Tirni karyerasını Şotlandiyada davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi “Seltik”ə keçib. Bu barədə Qlazqo təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Tirni məhz “Seltik”in yetirməsidir. O, 2019-cu ildə klubdan ayrılmışdı.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью