6 ildən sonra eyni obrazı Kuruluş Osman da canlandıracaq Foto

30.04.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat verir.

Türkiyəli aktyor Cengiz Coşkunun yeni layihəsi bəlli olub.

Axşam.az xəbər verir ki, aktyor "Kuruluş Osman" serialında rol alacaq.

2019-cu ildə final edən "Diriliş Ertuğrul"da "Turgut"u canlandıran Cengiz eyni obrazla 6 ildən sonra sözügedən ekran işində kamera qarşısına keçəcək.

Qeyd edək ki, serialın baş rolunu Burak Özçivit canlandırır.

Daha əvvəl "Bamsı Beyrek" (Nurettin Sönmez) və "Selcen Hatun" (Didem Balçın) obrazları da hər iki serialda yer almış və eyni aktyorlar tərəfindən canlandırılmışdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью