6 israilli girov azad ediləcək

27.01.2025

Icma.az, Operativ MM saytına istinadən bildirir.

İsrail və HƏMAS altı girovu azad etmək üçün razılığa gəldikdən sonra minlərlə fələstinli Qəzza zolağının şimalına qayıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, üç israilli girov yanvarın 30-da, daha üç israilli girov isə fevralın 1-də azad ediləcək.

İsrail vətəndaşları Arbel Yehud, əsgər Agam Berger və adı açıqlanmayan üçüncü kişi girov yanvarın 30-da azad ediləcək.

Fələstinlilər yanvarın 25-də Qəzzanın şimalına qayıtmalı idilər, lakin həmin gün azad edilən girovlar arasında Arbel Yehud olmadığı üçün İsrail buna icazə verməyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью