Baku.ws saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalq artisti Röya Ayxan aldığı artıq çəkidən danışıb.
BAKU.WS xəbər verir ki, jurnalistlərə açıqlama verən sənətçi 6 kiloqram kökəldiyini bildirib. İfaçı bunun ona baha başa gəldiyini vurğulayıb.
Belə ki, çəki alan sənətçi məcbur qalaraq qarderobundakı libasları ümumiyyətlə dəyişdirib:
"Libaslarım həmişəki kimidir. Sadəcə olara bir az daha çox nəzərə çarpır. Bunun da səbəbi odur ki, artıq çəkim 56 kiloqrama yüksəlib. Əvvəl 50 kiloqram idim, indi isə 6 kiloqram çəki almışam. Lakin buna görə heç nə etmirəm. Heç narahat da deyiləm. Normal çəkildə yeyib-içirəm. Deyirəm bəlkə yaya doğru arıqlayaram. Etiraf edim ki, artıq çəki almağım mənə baha başa gəldi. Qarderobumdakı geyimləri tamamilə dəyişdirdik. Yeniləri ilə əvəz etdik. İndi arıqlasam arıqlayacağam. Olmasa da daha məni belə görməyə öyrəşin".