“6 lıq” sistemi bizə yaramaz” Şahin Diniyev

13.02.2025

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AFFA İcraiyyə Komitəsinin son iclasında növbəti mövsümdən premyer-liqada 12 komandanın yarışacağına qərar verildi. Amma 12 komandalı çempionatın hansı formatda keçiriləcəyi məlum deyil.

Komandaların 4 dövrədə yarışması hər birinin çempionatda 44 oyun keçirməsi deməkdi. Bunun üzərinə ölkə kubokunu, avrokubokları və yığmanı da gələndə oyun sayı 60-ı ötür. Bu isə Azərbaycan futbolunun reallıqlarında mümkünsüzdü.
Alternativ variantlar kimi komandaların üç dövrədə yarışmasını və “6-lıq” sisteminin tətbiqi təklif edənlər də var. Bəs hansı variant daha yaxşıdı?
Şahin Diniyevin “Football-plus.az”a açıqlaması:

“Hər bir sistemin müsbət və mənfi tərəfləri var. Sadəcə, keçmişə nəzər yetirmək lazımdı ki, hansı daha uyğundu? “6-lıq” sistemi bizə yaramaz. İkinci “6-lıq”da qərarlaşan komandalar üçün çempionatın heç bir əhəmiyyəti qalmır. Çempionata maraq itirir. Daha yaxşı variant üç dövrə oynamaqdı”.


ƏSƏD SEYİDOV
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью