6 milyonluq malikanəsi ilə tanınan Bəxtiyar Dali kimdir?

04.11.2026

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Məlum olduğu kimi, iş adamı Bəxtiyar Dali (Qaraşov) zorlamağa cəhd və qanunsuz azadlıqdan məhrumetmə ittihamları ilə gündəmə gəlib. Novxanı qəsəbəsindəki milyonluq malikanəsi ilə tanınan 66 yaşlı şəxsin barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilməsi onun həyatına və fəaliyyətinə diqqəti artırıb.

Bəs uzun illər Rusiyada yaşayan, hərbi mühəndis kimi fəaliyyət göstərdiyi bildirilən Bəxtiyar Dali kimdir, necə tanınıb?

Modern.az Globalinfo.az-a istinadən bildirir ki, Bəxtiyar Dali 1960-cı ildə Abşeron rayonunun Novxanı kəndində anadan olub. Əsl soyadı Qaraşovdur, uzun illər Rusiyada yaşayıb. Özünün verdiyi məlumata görə, hərbi mühəndis kimi fəaliyyət göstərib.

O, Azərbaycanda daha çox Novxanı qəsəbəsində yerləşən dəbdəbəli malikanəsi ilə tanınıb. Bir neçə milyon manat dəyərində olduğu bildirilən mülk onun adı ilə bağlı xəbərlərin əsas mövzularından birinə çevrilib.

Bəxtiyar Dalinin malikanəsi yalnız qiyməti ilə deyil, interyerindəki qeyri-adi detallarla da diqqət çəkib. 2023-cü ildə satışa çıxarılan dörd mərtəbəli mülkün 10 otaqdan ibarət olduğu, burada 40 nəfərlik klub, idman zalı, sauna və barın yerləşdiyi bildirilir. Həyətdə 150-dən çox ağac, eləcə də dəyəri 200 min dollar göstərilən şəlalə var.

2024-cü ildə isə onun villasının 6 milyon manatdan baha satıldığı barədə məlumat yayılıb.


Dali Rusiyada yaşadığı dövrdə müxtəlif ölkələrə səfər etdiyini, malikanəsində isə dünyanın müxtəlif ölkələrindən olan rəssamların əsərlərini topladığını bildirib.

Bəxtiyar Dali peşəkar müğənni kimi tanınmasa da, musiqiyə maraq göstərib. 2021-ci ildə müğənni Turan Səfərli ilə duet ifa edib.

Onlar əfsanəvi Müslüm Maqomayevin repertuarından “Синяя вечность” mahnısını birlikdə səsləndiriblər. Duet üçün klip də çəkilib.

Bəxtiyar Dali 2026-cı ilin iyulunda Sumqayıt ərazisindəki hotel-restoranlardan birində baş verdiyi bildirilən hadisə ilə əlaqədar saxlanılıb.

İstintaq materiallarına əsasən, ona Cinayət Məcəlləsinin 29.149-cu (zorlamağa cəhd) və 145-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham irəli sürülüb.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib. Bəxtiyar Dali hazırda Şüvəlandakı istintaq təcridxanasında saxlanılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью