6 nəfər dönərdən zəhərləndi, ikisi azyaşlıdı...

22.03.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Naxçıvanda dönərdən kütləvi zəhərlənmə olub.

Axar.az xəbər verir ki, Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş məlumata əsasən, ikisi azyaşlı olmaqla 6 nəfərin dönərdən zəhərləndiyi bildirilib.

Agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən kafedə baş verdiyi məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью