6 oyunluq məğlubiyyət seriyasına son qoyuldu

13.06.2026

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Kanada yığması dünya çempionatında uğursuz seriyaya son qoyub.

"Football-plus.az" xəbər verir ki, komanda DÇ-2026-da ilk oyununda Bosniya və Hersoqovina ilə heç-heçə (1:1) edib. Komanda bu nəticə ilə tarixində ilk dəfə dünya çempionatında xal qazanıb. Buna qədər Kanada iki dəfə - 1986 və 2022-ci illərdə nəhəng turnirdə çıxış edib. Hər iki halda qrupda keçirdiyi 3 oyunun hamısında məğlub olub.
Kanada yığması DÇ-1986-da Fransa (0:1), Macarıstan (0:2) və SSRi-yə (0:2), DÇ-2022-də isə Belçika (0:1), Xorvatiya (1:4) və Mərakeşə (1:2) uduzub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью