6 prokurora şiddətli töhmət verildi, ikisi işdən çıxarıldı

24.07.2026

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Bu il işdən çıxarılan prokurorluq işçilərinin sayı açıqlanıb. 

Lent.az-ın məlumatına görə, Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib ki, bu ilin 6 ayında prokurorluq orqanlarında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Onlardan 6-na töhmət və ya şiddətli töhmət elan edilib, 2 nəfər isə tutduğu vəzifədən azad olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью