Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.
Fransanın köklü klublarından “Bordo”nun sahibi dəyişir.
Apasport.az xəbər verir ki, klub Jerar Lopesə məxsus şirkətlə “Park Bench” investisiya fondu arasında satış razılaşmasının imzalandığını rəsmən açıqlayıb.
Sövdələşmə simvolik 1 avro qarşılığında həyata keçirilib və yeni investor klubun borclarını da öz üzərinə götürüb.
“Park Bench” ABŞ-dan Evan Sofer və britaniyalı Ceyms Bordun nəzarətində olan investisiya strukturudur. Fondun İspaniyanın “Kordoba” və Şotlandiyanın “Danfermline Atletik” klublarında da payları var.
“Bordo”nun maliyyə problemləri son illərdə klubun sürətlə aşağı liqalara yuvarlanmasına səbəb olub. Bir vaxtlar Liqa 1-də mübarizə aparan və Fransa çempionluğunu 6 dəfə qazanan komanda hazırda ölkə futbolunun 6-cı səviyyəsi olan Regional 1-də çıxış etməyə hazırlaşır.
Məlumata görə, klubun borcları təxminən 18 milyon avro həcmindədir. Satışın tam rəsmiləşməsi üçün Nouvelle-Aquitaine Futbol Liqasının Regional İdarəetmə və Nəzarət Komissiyasının, eləcə də kommersiya məhkəməsinin təsdiqi tələb olunur. Bu proses “Bordo”nun ləğv olunmasının qarşısını almaq baxımından həlledici hesab edilir.
Qeyd edək ki, “Bordo” son dəfə 2008/09 mövsümündə Fransa çempionu olub. Klubun tarixində Zinəddin Zidan, Kristof Düqarri və Biksant Lizarazyu kimi tanınmış futbolçular da çıxış edib.
Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”