6 qollu oyunda Real qalib gəldi

22.12.2024

Qol.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İspaniya La Liqasında 19-cu turun oyunları davam etdirilir.

QOL.az xəbər verir ki, bu gün “Real” öz meydanlarında “Sevilya”nı qəbul edib. Oyun Madrid klubunun 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da "Real" turnir cədvəlində 2-ci yerə yüksəlib. 

“Real” - “Sevilya” - 4:2
Qollar:
Mbappe, 10 (1:0), Valverde, 20 (2:0), Rodriqo, 34 (3:0), Romero, 35 (3:1), Diaz, 53 (4:1), Lukebakio, 85 (4:2)

18 oyundan 40 xal toplayan “Real” "Barselona"nı ötərək 2-ci yerdə qərarlaşıb. Kataloniya klubu isə 38 xalla (19 oyun) 3-cüdür. Turnirə "Atletiko" 41 xalla (18 oyun) liderlik edir. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью