6 saylı cəzaçəkmə müəssisəsində YANĞIN RƏSMİ

07.04.2026

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

7 aprel 2026-cı il tarixində saat 17:10 radələrində Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin ərazisində yanğın hadisəsi baş verib. 

Ədliyyə Nazirliyi və Fövqəladə Hallar Nazirliyi Mətbuat xidmətlərindən Bakıvaxtı.az-a verilən məlumata görə,hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub, yanğın qısa müddət ərzində nəzarətə götürülərək tam söndürülüb. 

Hadisə nəticəsində xəsarət alan olmayıb. 

Faktla bağlı araşdırma aparılır. 

Ədliyyə Nazirliyinin Penitensiar xidməti tərəfindən təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, məhkum və şəxsi heyətin təhlükəsizliyinin tam təmin olunması istiqamətində zəruri addımlar atılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью