6 uşaq anası olan həyat yoldaşını öldürüb təslim oldu VİDEO | Icma.az
Sonxeber.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
6 uşaq anası olan həyat yoldaşını öldürüb təslim oldu - VİDEO Antalyada qısqanclıqdan ər 6 uşağının anası olan həyat yoldaşını öldürdükdən sonra təslim olub.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, əldə edilən məlumata görə, polis bölməsinə gələn P.Abdullah həyat yoldaşı ilə mübahisə zamanı arvadını tapança ilə vurduğunu, silahı evdə qoyub təslim olmaq istədiyini bildirib.
Xəbər verildikdən sonra hadisə yerinə polis və 112 Təcili Tibbi Yardım qrupları göndərilib.
Verilən ünvana gələn qruplar Hale Akbaş Poyrazın öldüyünü müəyyən edib.
Qonşular hadisə yerinə gələn və anasının başına gələnləri öyrənmək istəyən balaca qızı sakitləşdirməyə çalışarkən onun fəryadları ürək parçalayırdı.
Vüsalə İbrahimli Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu