6 yaşlı azərbaycanlı Avstriyada beynəlxalq yarışda

10.11.2026

Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.

7–8 noyabr 2026-cı il tarixlərində Avstriyanın Qraz şəhərində yerləşən “BLOC House Graz” İdman Dırmanma Mərkəzində “MEISTERSCHAFT KIDS 2026” beynəlxalq yarışı keçirilib.

Futbolpress.az xəbər verir ki, idman dırmanmasının boulderinq növü üzrə təşkil olunan yarışda 20 ölkədən 360 idmançı mübarizə aparıb. Azərbaycan turnirdə ilk dəfə təmsil olunub. Ölkəmizi yarışda “Shusha Climbers” klubunun üzvü, 6 yaşlı Selin Tağızadə təmsil edib.

U-9 (2018–2019-cu il təvəllüdlü idmançılar) yaş kateqoriyasında mübarizə aparan Selin Tağlzadə yarış zamanı 2 top və 4 zona nəticəsi göstərib. Gənc idmançımız bu göstərici ilə Avstriya və Bolqarıstan təmsilçilərini qabaqlamağa nail olub.

Yarışın sonunda Selin Tağızadəyə iştirakçı sertifikatı təqdim edilib.

Bu turnir 6 yaşlı idmançımızın beynəlxalq arenada ilk yarış təcrübəsi kimi yadda qalıb. Selin Tağlzadənin beynəlxalq yarışda iştirakı onun idman karyerasında mühüm addım olmaqla yanaşı, Azərbaycanda idman dırmanmasına erkən yaşlardan marağın artması baxımından da əhəmiyyət daşıyır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью