6 yaşlı uşaqda böyrək daşı aşkarlandı

26.01.2026

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyada həkimlər nadir rast gəlinən xəstəlikdən əziyyət çəkən 6 yaşlı uşağın həyatını xilas ediblər.

AzPost xəbər verir ki, uşaqda böyrək daşı aşkar olunub ki, bu hal azyaşlılar arasında nadir hesab edilir.

Məlumata görə, azyaşlı sidik ifrazında yaranan problemlərlə xəstəxanaya yerləşdirilib. Aparılan müayinələr zamanı böyrəkdən sidiyin axınının pozulduğu müəyyən edilib. Buna səbəb böyrək ləyəninin sidik axarına keçid hissəsində yaranmış daş olub.

Həkimlərin bildirdiyinə görə, daş sidik axarını tutaraq iltihaba səbəb olub və böyrəyin itirilməsi riski yaradıb. Ölçüsü təxminən 1,5×1 santimetr olan daş uşaqlar üçün təhlükəli hesab edilib.
Mütəxəssislər problemi cərrahi yolla aradan qaldırıblar. Laparoskopik üsulla aparılan əməliyyat uğurla başa çatıb və daş tam şəkildə çıxarılıb. Əməliyyat paytaxtdakı uşaq xəstəxanalarından birinin həkimləri tərəfindən həyata keçirilib.
Hazırda uşağın vəziyyətinin stabil olduğu və müalicəsinin davam etdirildiyi bildirilir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью