Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın dəniz blokadasının başlanğıcından bəri həyata keçirilən əməliyyatların statistik göstəricilərini açıqlayıb. Məlumata görə, blokada rejimi çərçivəsində onlarla gəminin hərəkət istiqaməti dəyişdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə CENTCOM-un "X" sosial şəbəkəsində dərc olunan rəsmi hesabatında bildirilib.
Hesabata əsasən, hazırda 20-dən çox ABŞ hərbi gəmisi İrana qarşı tətbiq olunan dəniz blokadasında iştirak edir. Əməliyyat müddətində Mərkəzi Komandanlıq qüvvələri 61 kommersiya gəmisinin istiqamətini dəyişməyə məcbur edib, blokada qaydalarına tabe olmayan dörd gəmi isə zərbələr nəticəsində sıradan çıxarılıb.
Xatırladaq ki, ABŞ ordusu İrana qarşı dəniz blokadasına bu ilin 13 aprel tarixində başlayıb. CENTCOM-un bəyanatına görə, əsas məqsəd İslam Respublikasının limanlarına daxil olan və sahilləri tərk etməyə çalışan bütün növ gəmilərin hərəkətini tamamilə dayandırmaqdır.
Aminə ŞAHSUVARQIZI