60 dək ABŞ rəsminin məxfi mesajı internetə sızdırıldı

21.05.2025

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

"TeleMessage" mesajlaşma xidmətinə edilən haker hücumu nəticəsində ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Valts da daxil olmaqla 60-a yaxın yüksək rütbəli rəsminin mesajları internetə sızıb.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Gömrük Xidməti, Məxfi Xidmət və Ağ Ev əməkdaşlarına aid yazışmalar da bu sızmaya daxildir. Mesajlar əsasən, 4 may tarixinə təsadüf edir.

Söhbətlərin bir hissəsi Vatikana və İordaniyaya səfərlərlə bağlı olub. Bir neçə maliyyə qurumu məlumatların həqiqiliyini təsdiqləyib.

Ağ Ev "TeleMessage"in sahibi olan "Smarsh" şirkətində kibertəhlükəsizlik insidentindən xəbərdar olduqlarını bildirib, lakin əlavə şərh verməyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью