60 günlük danışıqlar prosesi rəsmən başladı

18.06.2026

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ ilə imzalanmış anlaşma memorandumundan sonra tərəflər arasında nəzərdə tutulan 60 günlük danışıqlar müddətinin artıq qüvvəyə mindiyini açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, Bəqayi bildirib ki, memorandumun imzalandığı andan etibarən iki əsas istiqamət üzrə danışıqlara start verilib.

Bunlar sanksiyaların mərhələli şəkildə ləğvi və nüvə proqramı ilə bağlı yekun razılaşmanın hazırlanmasıdır.

“Bu razılaşma imzalandığı andan etibarən 60 günlük danışıqlar müddəti başlayıb. Nəticəyə nə qədər tez çatsaq, bir o qədər yaxşı olar. Əgər 30 gün ərzində razılıq əldə edə bilsək, bu, bizim üçün daha əlverişlidir. Çünki ədalətsiz sanksiyaların ləğv ediləcəyi hər gün İranın xeyrinədir”, - deyə Bəqayi vurğulayıb.

Sözçü qeyd edib ki, ehtiyac yaranacağı halda, 60 günlük müddət tərəflərin qarşılıqlı razılığı əsasında uzadıla bilər. Bununla belə, Tehran danışıqların mümkün qədər qısa müddətdə yekunlaşmasının tərəfdarıdır.

Bəqayinin sözlərinə görə, İranın əsas məqsədi sanksiyaların aradan qaldırılması və nüvə məsələləri üzrə yekun razılaşmanın müəyyən edilmiş müddət ərzində tamamlanmasıdır.

“Danışıqlarımız həmişə nəticəyönümlü olub. Səyimiz sanksiyaların ləğvi və nüvə məsələləri üzrə razılaşmanı mümkün qədər tez yekunlaşdırmaqdır”, - deyə o əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью