60 min hərbçi sərhədə doğru irəliləyir: Regionda müharibə ssenarisi

15.10.2025

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Şimali Atlantika Alyansı (NATO) şərq cinahında əhəmiyyətli hərbi varlığını qoruyur.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya və Belarus müdafiə nazirliklərinin birgə kollegiya iclasında Rusiyanın müdafiə naziri Andrey Belousov məlumat verib.

“Alyans blokun şərq cinahında güclü hərbi mövcudluğunu saxlayır, ölkələrimizin sərhədlərinə yaxın ərazilərdə döyüş hazırlığını və kəşfiyyat fəaliyyətini artırıb”, – Beloussov bildirib.

Nazir əlavə edib ki, Moskva ilə Minsk arasında müdafiə sahəsində əməkdaşlıq NATO-nun açıq düşmənçilik fəaliyyəti fonunda regional sabitliyin qorunması baxımından mühüm rol oynayır.

Belousovun sözlərinə görə, alyansın şərq cinahında keçirdiyi son hərbi təlimlərdə ümumilikdə 60 minədək hərbçi iştirak edib və onlar getdikcə Rusiya sərhədinə yaxınlaşır.

Tahir Turan
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью