60 mindən çox əcnəbinin iştirakı COP29u boykot çağırışlarına uyğun gəlmir Azərbaycanda özə…
Icma.az, Azxeber.com saytına istinadən bildirir. 60 mindən çox əcnəbinin iştirakı COP29-u boykotla bağlı çağırışlara uyğun gəlmir.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib.
"COP29-u boykot etməklə bağlı çağırışlarla əlaqədar tövsiyə edərdim ki, ətrafa baxasınız.
Bu gün bu tədbirdə - COP29-da 70 mindən çox xarici və yerli nümayəndənin iştirakı və qeydiyyatı həyata keçirilib.
Bunun da mütləq əksəriyyətini - 60 mindən çoxunu xaricilər təşkil edir.
Bu, bəzi təşkilatların COP29-u boykotla bağlı çağırışlarına uyğun gəlmir.
İkincisi, bu tədbir beynəlxalq media təsisatları tərəfindən işıqlandırılır.
Tam oxu
Xəbəri oxu