60 yaşında ərə gedir | Icma.az
Milli.az saytına istinadən Icma.az xəbər verir. 60 yaşlı supermodel Paulina Porizkova ərə gedir.
Məşhur amerikalı supermodel, aktrisa və yazıçı Paulina Porizkova evlənəcəyini açıqlayıb.
Çex əsilli 60 yaşlı ulduz bu xəbəri 1,2 milyon izləyicisi olan Instagram səhifəsində paylaşdığı videoda bildirib.
Model videoda 62 yaşlı ssenarist və rejissor Jeff Greenstein ilə birlikdə avtomobildə əyləşib.
Kadrlarda Porizkova barmağında iri gümüş nişan üzüyünü göstərir. Videonun üzərinə isə "O, təklif etdi" - sözlərini yazıb.
Paulina Porizkova 1980-ci illərdə dünya podiumlarında məşhurlaşmış və bir çox moda jurnallarının üz qabığını bəzəmişdi.
Milli.Az Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu