Axsham.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hollivud ulduzu Holli Berri 60 illik yubileyini Meksikada qeyd edib.
Axşam.az xəbər verir ki, aktrisa istirahət zamanı çəkdirdiyi görüntüləri sosial media hesabında izləyiciləri ilə bölüşüb. Fotolardan birində o, yarı şəffaf çimərlik geyimində poz verərək fit bədən quruluşunu nümayiş etdirib.
Berrinin yubiley tətilində sevgilisi, musiqiçi Veyn Hant da onun yanında olub. Cütlük romantik şam yeməyinə qatılıb, dəniz gəzintisinə çıxıb, spa mərkəzində dincəlib və şərabçılıq üzrə master-klassda iştirak edib.
“Bəzi təcrübələr ömür boyu səninlə qalır” deyə, aktrisa paylaşımına yazıb.
Qeyd edək ki, Holli Berri 60 yaşının tamam olmasından əvvəl qocalmaqdan qorxmadığını və yaşını qəbul etdiyini bildirib. Aktrisa hazırda özünü gənclik illərindəkindən daha yaxşı hiss etdiyini, daha müdrik və özünəinamlı olduğunu deyib.