60 yaşlı aktyor çimərlikdə öldü

30.07.2025

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

İsrailli aktyor Alon Abutbul vəfat edib.

Axşam.az xəbər verir ki, aktyor 60 yaşında çimərlikdə dünyasını dəyişib. Alon İsraildə dənizdə çimdikdən sonra sahilə çıxıb. Özünü pis hiss edən aktyor huşunu itirib. Hadisə yerinə gələn həkimlər onu həyata qaytara bilməyiblər.

Qeyd edək ki, Alon karyerası dövründə 50-dən çox filmdə rol alıb. Rejissor Kristofer Nolanın “Qaranlıq cəngavər yüksəlir”, “Əkiz zirvələr”, "Rembo III", "MK Ultra", "Beyrut" adlı ekran işləri bunlardan bir neçəsidir. Onun iştirakı ilə sonuncu layihə 2025-ci ildə təqdim olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью