60 yaşlı kişi başına güllə sıxıb Ağcabədidə

13.01.2025

Mia.az saytına istinadən Icma.az xəbər verir.

Ağcabədidə intihar hadisəsi baş verib.

Mia.az Lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Şənlik kəndində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Azər İnqilab oğlu Ağayev yaşadığı evdə odlu silahla başından atəş açaraq özünü öldürüb.

İntiharın dəqiq səbəbləri hələlik məlum olmasa da, onun uzun müddət xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Ağcabədi Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью