Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Türkiyədə 600 milyon dollarlıq saxta pullar dövriyyəyə buraxılıb.
Milli.Az xəbər verir ki, Türkiyədə saxta dollarlarla bağlı ciddi narahatlıq yaranıb.
Yayılan məlumatlara görə xaricdə istehsal edilən saxta 50 və 100 dollarlıq əskinaslar ölkədə dövriyyəyə buraxılmağa çalışılır.
Bu saxta pulların bankomat və pul sayma cihazlarından keçə bildiyi iddia edilir.
Xüsusilə Kapalıçarşı və digər yerlərdə valyuta məntəqələri bu vəziyyətə qarşı həyəcan təbili çalıb.
Hazırda bir çox məntəqələr dollar alımını dayandırıb və iş yerlərinə xəbərdarlıq kağızları yerləşdirib.
Pulların Türkiyəyə Cənub-Şərq sərhədlərindən qaçaq yollarla gətirildiyi deyilir.
Ümumi məbləğin 600 milyon dollar civarında olduğu ehtimal edilir, lakin bəzi mənbələr bu rəqəmin 1 milyard dollardan çox ola biləcəyini bildirir.