Metbuat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Uelsdə bələdiyyə zibilxanasına təsadüfən atılan 600 milyon funt sterlinq dəyərindəki bitkoinlə bağlı müzakirələr davam edir.
Metbuat.az xəbər verir ki, bitkoinin sahibi Cayms Hovells sərvətini tapmaq istəsə də, müxtəlif səbəblərə və maneələrə görə buna nail ola bilməyib.
Məlumata görə, Hovells zibilxanada axtarış etmək hüququnu əldə etmək üçün Nevport Şurasına qarşı Böyük Britaniyanın Ali Məhkəməsində iddia qaldırıb.
Lakin məhkəmə bunu təmin etməyib. Həmçinin bələdiyyənin zibilxananı bağlamaq qərarı Hovellsin işini daha da çətinləşdirib.
Hovells sərmayəçilərlə birgə zibilxananın ərazisini satın almağı nəzərdən keçirir.
Qeyd edək ki, 2013-cü ildə Hovells bitkoin pul kisəsi olan diski zibil torbasına qoyub.
Həmin vaxt onunla birlikdə yaşayan qadın, torbada zibillərin olduğunu güman edərək, onu bələdiyyənin zibilliyinə tullayıb.