6000 il öncə yaşamış insanın siması hazırlanıb

23.01.2026

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiyalı elm adamları Yaroslavl vilayətində yerləşən Berendeyevo-I adlanan arxeoloji ərazidə 60 il əvvəl tapılmış və 6 min il əvvəl yaşamış insanın qalıqları əsasında onun xarici görünüşünü bərpa ediblər.

Reyting.az-ın məlumatına görə, bu alimlərin qədim insan qalıqlarının üzərində aparılmış radiokarbon analizləri sübut edib ki, məzar eradan öncə 4450-4260-cı illərə, neolit dövrünə aiddir.

Araşdırmalar nəticəsində kişinin boyunun təxminən 1,6 metr olduğu, təxminən 40 və yaxud da 50 ilədək yaşadığı, həmçinin dəfn olunarkən cənazəsinin ağcaqayın qabığına büküldüyü müəyyən edilib.

Genetik analizlər onun tünd dərili, eləcə də tünd şabalıdı saçlı və mavi gözlü olduğunu göstərib.

Oqtay QORÇU


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью