Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1963-cü ildə Suriyada hakimiyyətə gələn Baas Partiyasının 61 illik hakimiyyəti başa çatıb.
“Qafqazinfo” xəbər verir ki, bu, Bəşər Əsədin Suriyada hakimiyyəti itirməsindən sonra reallaşıb.
Ərəb Sosialist Baas Partiyası 1963-cü ildə çevrilişlə Suriyada hakimiyyətə gəlib.
Bəşər Əsədin atası Hafiz Əsəd 1970-ci ildə partiyadaxili çevriliş nəticəsində hakimiyyəti ələ keçirib və 1971-ci ildə Suriya Prezidenti olub.
Bəşər Əsəd 2000-ci ildə atasının ölümündən sonra Baas rejiminin başçısı olub.
Suriyada 2011-ci ildə azadlıq tələb edən xalq hərəkatları başlasa da, rejim zorakılıqla kütlələrə müdaxilə edib.
Minlərlə insanın öldürüldüyü rejim müdaxilələri prosesi vətəndaş müharibəsinə çevirmişdi.