Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.
İkinci Liqanın ilk turunda "Kür-Araz"la qarşılaşan "Şirvan" mövsümə darmadağınla start verib. Bölgə təmsilçisi evdə 6:1 hesabı ilə qalib gəlib.
Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında görüşü belə şərh edib:
"İlk oyunumuz idi. Birinci oyunlar ağır olur. Kimə qarşı oynayırsan oyna, açılış matçının həyəcanı başqadır. İlk 10-15 dəqiqədə komanda özünü tapa bilmirdi. Bu da təbii haldır. Tam heyətlə ilk dəfə oyuna çıxdıq. İdeal komanda deyilik, çatışmazlıqlarımız var. Tam formalaşmamışıq, boşluqlar var və bu, normaldır. Ayrı-ayrılıqda götürsək, bir çox yeni oyunçumuz özünü doğrultdu. Ümid edirəm belə də davam edərlər. Çalışacağıq ki, çatışmazlıqları yoluna qoyub addım-addım hədəfimizə yaxınlaşaq".
Qeyd edək ki, "Şirvan" növbəti oyununu "Qaradağ Lökbatan"a qarşı keçirəcək. 2-ci turun görüşü səfərdə baş tutacaq.
Mirağa