61 milyon qazandı, 60 min itirdi Keçmiş klubuna təzminat ödəyəcək

17.09.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Paris Apellyasiya Məhkəməsi “Real Madrid”in hücumçusu Kilian Mbappenin keçmiş klubu PSJ-yə 60 min avro ödənməsi barədə qərar çıxarıb.

“Qafqazinfo” Franasanın nüfuzlu “L’Equipe” nəşrinə istinadla xəbər verir ki, bu məbləğ 2025-ci ildə Paris klubunun bank hesablarına dondurulma tətbiq edilməsinə görə kompensasiya xarakteri daşıyır.

Xatırladaq ki, Mbappe 2024-cü ilin avqustunda PSJ-dən “Real”a transfer olunduqdan sonra parislilərə qarşı 60 milyon avroluq iddia qaldırmışdı. Fransalı hücumçu klubun müqavilədə nəzərdə tutulmuş bonus və mükafatları ona ödəmədiyini iddia edirdi.

2025-ci ilin yazında bu işə Əmək Mübahisələri Məhkəməsində baxılıb. Məhkəmə prosesi zamanı Kilianın vəkilləri klubun bank hesablarına təminat həbsi qoyulmasını təşəbbüs ediblər və bu dondurulma 2025-ci il aprelin 10-dan mayın 25-dək davam edib. Artıq həmin ilin dekabrında məhkəmə futbolçunun lehinə qərar çıxararaq klubdan təxminən 61 milyon avro tutulmasına hökm etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью