61 min manatlıq oğurluq edən şəxs tutuldu

06.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Gəncə şəhərində üç mənzildən ümumilikdə təqribən 61 min manatlıq qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs tutulub.

"Unikal" xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə mənzillərdən birindən 20 min manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlayan əvvəllər məhkum olunmuş Gülşad Ağasıyev saxlanılıb.

Araşdırmalar zamanı G.Ağasıyevin daha iki mənzildən 41 min 500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı araşdırma aparılır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью