Icma.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın Arxangelsk vilayətində ölmüş hesab edilən 61 yaşlı kişinin meyitxanada nəfəs aldığı məlum olub.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, infarkt keçirən kişinin vəziyyəti ağırlaşdıqdan sonra hadisə yerinə təcili tibbi yardım çağırılıb.
Həkimlər bir saatdan çox müddətdə onu həyata qaytarmağa çalışsalar da, nəticə əldə edə bilməyərək ölümünü qeydə alıblar.
Kişi meyitxanaya aparıldıqdan sonra müayinə masasında nəfəs aldığı müşahidə edilib. Bundan sonra o, təcili şəkildə yenidən xəstəxanaya yerləşdirilib.
Hazırda 61 yaşlı kişinin vəziyyəti son dərəcə ağır qiymətləndirilir.