61 yaşlı qadın sirkə turşusundan zəhərlənib öldü

22.03.2026

Icma.az, Qafqazinfo saytına istinadən bildirir.

Şirvan sakini bədbəxt hadisə nəticəsində vəfat edib.

“Qafqazinfo”nun məlumatına görə, Şirvan sakini 1965-ci il təvəllüdlü Sevil Mirağa qızı Mənəfova yüksək konsentrasiyalı sirkə turşusu zəhərlənməsi diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq 61 yaşlı qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью