6155 abonentin elektrik təchizatı bərpa edildi Yenilənib

13.08.2026

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Hazırda Cəlilabadın 35 kəndində elektrik verilişində fasilə yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Cəlilabad Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, bu gün saat 11:30-dan işlər başa çatanadək “Cəlayir” yarımstansiyasında aparılacaq təmir işləri ilə əlaqədar Cəlilabad rayonu üzrə 6155 abonentin (Cəlayir, Mirzəli, Lallar, Cəngan, Fərəcullalı, Tahirli, Ağusəm, Soltankənd, Ləzran, Çinar, Kövüzbulaq, Edişə, Zəhmətabad, Xanəgah, Çəmənli, Pərdi, Türkelli, Şatırlı, Badamağac, Buravar, Ləkin, Musalı, Əsədli, Qarakazımlı, Sarxanlı, Dələli, Moranlı, Zərbiəlli, Boyxanlı, Məlikqasımlı, Şötüklü, Novruzallı, Məşədilər, Dostallı və Yusifli kəndləri) elektrik enerjisi ilə təchizatında fasilə yaranacaq.

***

“Azərişıq”dan bildirilib ki, həmin kəndlərə elektrik verilişi artıq bərpa edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью