Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avqustun 8-də Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevirdə, Kür çayının sahilində “Kürü keçək?! 5” açıq suda üzmə yarışı keçiriləcək.
“Kürü keçək?!” son illərdə Azərbaycanda açıq sudaüzmə üzrə ən böyük kütləvi idman layihələrindən birinə çevrilib. Layihə sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil edilir.
Qeyd edək ki, “Kürü keçək?!” yarışı Mingəçevirdə 5-ci dəfə keçirilir. 2022-ci ildən etibarən tədbirə maraq ildən-ilə artaraq bu il rekord həddə çatıb. Belə ki, 2026-cı ildə tədbirdə iştirak üçün 616 nəfər qeydiyyatdan keçib. Yarışın ən gənc iştirakçısı 12, ən yaşlı iştirakçısı isə 79 yaşındadır. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparacaq.
Qabil YUSİFOĞLU
XQ